Paşinyan: Bəzi qüvvələr kilsəni dövlətə qarşı yönəltməyə çalışır, buna imkan verməyəcəyik

Müəyyən qüvvələr Erməni Kilsəsindən dövlətə qarşı alət kimi istifadə etməyə cəhd göstərir.

Bu fikirləri Ermənistanın Baş naziri Nikol Paşinyan Erməni Kilsəsinin yenilənməsi şüarı altında keçirilən kütləvi yürüşün yekununda çıxışı zamanı deyib.

Baş nazir bildirib ki, bəzi qüvvələr Erməni Kilsəsini Ermənistan Respublikasına qarşı yönəlmiş addımlar üçün dayaq nöqtəsinə çevirməyə çalışırlar.

“Bizim doğma kilsəmizi, müqəddəs dəyərimizi dövlətimizə qarşı istifadə etmək istəyirlər. Mən Ermənistanın Baş naziri olaraq bəyan edirəm ki, buna imkan verməyəcəyik”, – Paşinyan vurğulayıb.

Paşinyan hökumətin kilsəyə qarşı fəaliyyət göstərməsi ilə bağlı ittihamları rədd edib: “Hökumət kilsəyə qarşı hərəkət etməyib, etmir və heç vaxt edə bilməz”.(Apa)

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]