Moskvadan uçan təyyarələr Özbəkistan aeroportlarında eniş edə bilməyib

Moskvadan uçan üç təyyarə duman səbəbindən Özbəkistanın Buxara və Termez şəhərlərində eniş edə bilməyib.

Bu barədə “Uzbekistan airports” SC-nin mətbuat xidməti məlumat yayıb.

“Buxara hava limanında əlverişsiz hava şəraiti səbəbindən Moskva-Buxara marşrutu üzrə HY9608 reysinin ekipajı Nəvaidəki ehtiyat aerodroma getmək qərarına gəlib”, – məlumatda deyilir.

Eyni marşrut üzrə AFL1876 reysi Səmərqəndə yönləndirilib.

Moskvadan Termezə hərəkət edən AZO7055 reysinin ekipajı Termez aeroportunda mürəkkəb meteoroloji şəraitlə əlaqədar eniş üçün Səmərqənddəki ehtiyat aerodromu seçib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]