Sumqayıtda 700 abonentin qazı kəsiləcək

Sumqayıt şəhərində 700 abonentin qaz təchizatında fasilə olacaq.

“Azəriqaz” İB Sumqayıt QİS-dən verilən məlumata görə, bu gün şəhərin 52-ci məhəlləsində diametri 108 mm və 76 mm olan qaz xətlərində aşkar edilmiş sızmaların aradan qaldırılması məqsədilə təmir-bərpa işləri aparılacaq.

Bu səbəbdən, həmin ərazidə 700 abonentin qaz təchizatı saat 15:00-dan etibarən müvəqqəti dayandırılacaq.

Qaz təchizatı işlər başa çatdıqdan sonra mərhələli şəkildə bərpa ediləcək.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]