KİV: İran ABŞ-ın hərbi bazalarını vuracağı ilə bağlı region ölkələrinə xəbərdarlıq edib

İran ABŞ tərəfindən hücuma məruz qalacağı təqdirdə, ABŞ-ın region ölkələrindəki hərbi bazalarını hədəf alacağı ilə bağlı xəbərdarlıq edib.

 “Reuters“ə danışan anonim iranlı rəsmi İranın məsələ ilə bağlı region ölkələrinə xəbərdarlıq etdiyini bildirib.

“Tehran Səudiyyə Ərəbistanı və BƏƏ-dən Türkiyəyə qədər region ölkələrinin diqqətinə çatdırıb ki, ABŞ İrana hücum etsə, Vaşinqtonun bu ölkələrdəki hərbi bazaları vurulacaq”, – anonim mənbə qeyd edib.

Xatırladaq ki, bundan əvvəl İran parlamentinin sədri Məhəmmədbaqir Qalibaf da İrana hücum olacağı halda, ABŞ-ın regiondakı qüvvələrinin hədəfə alınacağını bəyan edib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]