Samir Rzayev AZAL-ın ötən il əldə etdiyi göstəriciləri açıqlayıb – RƏQƏMLƏR

“Azərbaycan Hava Yolları” üçün 2025-ci il ümumi və tranzit sərnişin sayında artımla yadda qaldı. Yeni istiqamətlərin açılması, əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi, donanmanın modernləşdirilməsi və rəqəmsal həllərin tətbiqi istiqamətində atılan addımlar AZAL-ın müasir tələblərə cavab verən aviaşirkət kimi mövqeyini daha da gücləndirdi.

Bu barədə AZAL prezidenti Samir Rzayev öz sosial şəbəkə hesabında paylaşım edib.

“Heydər Əliyev Beynəlxalq Aeroportu yüksək fəaliyyət nəticələri, geniş marşrut şəbəkəsi, əməliyyat proseslərinin və milyonlarla sərnişinə göstərilən xidmətlərin təkmilləşdirilməsi ilə fərqləndi. Nüfuzlu beynəlxalq akkreditasiyalar isə hava limanının regionun aparıcı hava nəqliyyatı mərkəzlərindən biri kimi statusunu təsdiqləyir”, – paylaşımda bildirilir.

Qeyd olunur ki, AZANS öz növbəsində Azərbaycanın hava məkanının etibarlı və səmərəli idarə olunmasını təmin edərək uçuşların sayında artıma nail oldu. Beynəlxalq tərəfdaşlıqlar və nüfuzlu mükafatlar bu fəaliyyətin qlobal aviasiya arenasında yüksək əhəmiyyətini əks etdirir.

“2025-ci ildə əldə etdiyimiz nəticələr güclü komanda işi və düzgün strateji yanaşmanın məhsuludur. Qarşıdakı dövrdə də məqsədimiz Azərbaycanın aviasiya sahəsində regional liderliyini daha da inkişaf etdirməkdir”, – Samir Rzayev əlavə edib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]