Aldadılaraq Ukraynaya göndərilən həmyerlimiz yardım istəyir – FOTO

Rusiya ordusunun tərkibində Ukraynada döyüşmüş soydaşımız Ruslan Şakiroviç Aslanov ictimaiyyətdən yardım istəyir.

Müddətli həqiqi hərbi xidmət keçdiyi hərbi hissədə aldadılaraq müqaviləli xidmət imzaladığını deyən soydaşımız Ukraynada döyüşmək üçün Rusiya ordusunun 41772 nömrəli hərbi hissəsinin 128-ci briqadasının 1-ci batalyonunda müddətdən artıq xidmət keçməyə məcbur olub. O, hərbi birlikdə “Qroza” ləqəbli komandrinin onu öldürməklə hədələdiyini bildirib. 

Bu səbəbdən Ruslan Aslanov hərbi hissənin ərazisini tərk edərək adı açıqlanmayan ərazidə gizlənir. O 1 ildən çoxdur ki, qaçaq həyatı yaşayır və bu müddət ərzində ona qarşı “fərarilik” ittihamı ilə Rusiya prokurorluğu cinayət işi açıb. 

Ruslan Aslanov hüquq-mühafizə orqanlarına təslim olmağa hazır olduğunu, amma ona təhlükəsizlik təminatının verilməsini xahiş edir. 

“Məni Rusiya Ordusundakı hərbi hissəmi tərk etməkdə ittiham edirlər. Hərbi hissəni tərk etməyimin səbəbi öz komandirlərimin məni öldürmək istəməsidir. Amma məsələ burasındadır ki, özüm üçün müqavilə imzalamamışam. Hərbi xidmətdə olarkən aldadılmışam. Bir ildir ki, həqiqəti üzə çıxarmağa çalışıram. Appelyasiyamdan sonra Müdafiə Nazirliyi və FXT-nin bütün günahkarları saxladığına dair bütün dəlillərim var, amma mən hələ də qaçaq hesab olunuram. İmkanınız və ali orqanlarla əlaqələriniz varsa, mənə kömək etməyinizi xahiş edirəm. İstintaqla əməkdaşlıq etməyə hazıram və heç yerdə gizlənmək istəyim yoxdur”, – deyə o qeyd edib.

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]