Zaqatalada bir ailənin dörd üzvü dəm qazından zəhərlənib – YENİLƏNİB

A VPN is an essential component of IT security, whether you’re just starting a business or are already up and running. Most business interactions and transactions happen online and VPN

Dünən saat 21:00 radələrində 4 nəfər (1 kişi, 3 qadın) Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bu barədə APA-nın Şimal-qərb bürosuna Zaqatala Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.

Onlara dəm qazı zəhərlənməsi diaqnozu təyin edilib.

Pasiyentlərin hər birinə zəruri tibbi xidmətlər göstərilib, vəziyyəti stabil qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar.

***

08:24

Zaqatalada qazdan zəhərlənmə faktı qeydə alınıb.

APAnın Şimal-qərb bürosunun məlumatına görə, hadisə ötən gün axşam saat 22:00 radələrində Zaqatala şəhəri Ərəblinski küçəsi, 50 ünvanında baş verib.

1960-cı il təvəllüdlü Sura Vəliyullah qızı Səmədova, 1994-cü il təvəllüdlü İranə İlham qızı Səmədova, 2020-ci il təvəllüdlü İsrafil Polad oğlu Səmədsoy və 2024-cü il təvəllüdlü Elisa Polad qızı Səmədsoy zəhərlənmə əlamətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Birinci Təcili Tibbi Yardım şöbəsinə yerləşdiriliblər.

Müayinə zamanı məlum olub ki, bir ailənin dörd üzvü, o cümlədən iki azyaşlı qazdan zəhərlənib. Zəruri tibbi yardım göstərildikdən sonra ana İranə Səmədova və övladları İsrafil və Elisa Səmədsoyların vəziyyəti qənaətbəxş qiymətləndirildiyi üçün evə buraxılıblar.

Sura Səmədovanın müalicəsi isə Zaqatala Rayon Mərkəzi Xəstəxanasında davam etdirilir, vəziyyəti orta-ağır olaraq qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]