Tramp bu dəvəti Putinə də etdi

ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putini Qəzza sektorunun idarə edilməsi məqsədilə yaradılan Sülh Şurasının tərkibinə qatılmağa dəvət edib. 

Bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib. 

“Bəli, Prezident Putin də diplomatik kanallar vasitəsilə bu Sülh Şurasının tərkibinə daxil olmaq üçün dəvət alıb, hazırda biz bu təklifin bütün detallarını araşdırırıq. Bütün nüansları aydınlaşdırmaq üçün Amerika tərəfi ilə kontaktların olacağına ümid edirik”, – Peskov bildirib.

Xatırladaq ki, D.Tramp bir neçə gün öncə Qəzza ilə bağlı Sülh Şurasının yaradıldığını elan etmişdi. Daha əvvəl Trampın Sülh Şurasına qatılmaq təklifinə Qazaxıstan lideri Kasım-Jomart Tokayevin razılıq verdiyi açıqlanmışdı.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]