Zelenski: Ukrayna ABŞ ilə sülh planı üzrə danışıqlarda “çıxılmaz vəziyyət” görmür

Ukrayna sülh planı çərçivəsində sazişlərin imzalanması üzrə ABŞ ilə danışıqlarda “çıxılmaz vəziyyət” görmür.

Bunu Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

O qeyd edib ki, Ukrayna və ABŞ nümayəndə heyətləri daim təmasdadır və sənədlər üzərində işi davam etdirirlər.

“Hələlik çıxılmaz vəziyyət görmürəm. Sənədlər üzərində iş gedir. Danışıqlara gəlincə, onlar daimi xarakter daşıyır və qətiyyən çıxılmaz vəziyyət barədə deyil”, – “İnterfaks-Ukrayna” V.Zelenskinin sözlərindən sitat gətirib.

Qeyd edək ki, Kiyev və Vaşinqton Ukrayna böhranının həlli üzrə sülh planı çərçivəsində təhlükəsizlik zəmanətləri, eləcə də Ukraynanın bərpası üçün 800 milyard dollar məbləğində investisiyalar haqqında sazişi müzakirə edir.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]