Azərbaycanda işləyən pensiyaçıların pensiya kapitalına əlavələrin dörd ildən bir olması təklif edilir

Azərbaycanda işləyən pensiyaçıların pensiya kapitalına əlavələrin dörd ildən bir olması təklif edilir.

Bu təkliflə Milli Məclisin deputatı Vüqar Bayramov parlamentin Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında çıxış edib.

Onun sözlərinə görə, qanunvericilik işləyən pensiyaçıların sonradan topladığı kapitalın altı ildən bir hesablanmaqla pensiyaya əlavə olunmasına imkan verir:

“Yəni vətəndaşın pensiyası işlədiyi dövr üzrə topladığı pensiya kapitalı 72-yə (144-72 (pensiya təyin edilən tarixdən sonra işlədiyi ayların sayı) bölünməklə yenidən hesablanır. İşləyən pensiyaçılara əlavələr iki dəfə olmaqla altı ildən bir edilir. Bu da 65 yaşında pensiyaya çıxan və işləyən vətəndaşın pensiyasına əlavənin ikinci dəfə 77 yaşında edilməsi deməkdir. Ancaq əksər inkişaf etmiş ölkələrdə pensiya kapitalından istifadə üçün müəyyənləşdirilmiş müddət daha qısa zamanı əhatə edir. Ona görə də “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik edilməli, işləyən pensiyaçıların pensiya kapitalından istifadənin üç dəfə olmaqla dörd ildən bir həyata keçirilməsini təklif edirəm. Bununla da işləyən pensiyaçılar topladıqları pensiya kapitalından daha səmərəli istifadə edə və vətəndaşlarımızın pensiyalarında daha çox artım olar. Hər halda işləyən pensiyaçıların sayının 190 minə yaxın olduğunu nəzərə alsaq, bu dəyişiklik xeyli sayda vətəndaşımızı sevindirər”.

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]