Kreml: “Sülh Şurası”na ianə Rusiyanın ABŞ-dakı aktivlərinin blokdan çıxarılmasını tələb edəcək

“Sülh Şurası”na 1 milyard dollarlıq ianə Rusiyanın ABŞ-dakı aktivlərinin blokdan çıxarılması tələb edəcək.

APA-nın Moskva bürosu xəbər verir ki, bunu RusiyaOprezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Peskovun sözlərinə görə, bu məbləğ Fələstinin bərpası üçün istifadə olunmalıdır.

O qeyd edib ki, ianənin qanuni olaraq necə rəsmiləşdiriləcəyi “hələ də bəlli deyil”.

Peskov deyib ki, “Sülh Şurası”na 1 milyard dollar ianə etməyə hazır olması Rusiyanın dondurulmuş aktivləri geri almaq ümidini itirdiyi anlamına gəlmir.

Kreml rəsmisi vurğulayıb ki, Moskva mübarizəni davam etdirəcək və hüquqlarını müdafiə etməyə davam edəcək.

Qeyd edək ki, dünən Rusiya Prezidenti Vladimir Putin ölkəsinin dondurulmuş aktivlərdən “Sülh Şurası”na 1 milyard dollar ayırmağa hazır olduğunu açıqlayıb.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]