Azərbaycanın qarüstü polo komandası Dünya Kubokunda mübarizə aparacaq

Azərbaycanın qarüstü polo üzrə “Land of Fire” komandası İsveçrənin Sankt-Moritz şəhərində təşkil olunan 41-ci Dünya Kubokunda mübarizə aparacaq.

Yarışda ümumilikdə 6 komanda – “Land of Fire”, “Sankt Moritz”, “Flexjet”, “Standing Rock”, “Investec” və “Mackage” mübarizə aparacaq.

“Land of Fire” turnirdəki ilk oyununu bu gün, Bakı vaxtı ilə saat 15:15-də ev sahibi “Sankt Moritz” komandasına qarşı keçirəcək.

İlk günün nəticələrinə əsasən, 4 komanda yarımfinala vəsiqə qazanacaq. Yanvarın 25-də isə üçüncü yer uğrunda və final oyunu baş tutacaq. Yarışın sonunda turnirin qalibi ilə yanaşı, ən yaxşı oyunçu və ən yaxşı polo atı da mükafatlandırılacaq.

Qeyd edək ki, 1985-ci ildən bəri hər il keçirilən bu yarış yüksək səviyyəli oyunları və möhtəşəm dağ mənzərəsi fonunda baş tutan sosial tədbirləri ilə məşhurdur. Tədbir çərçivəsində Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Azərbaycan pavilyonu da fəaliyyət göstərir. Burada ölkəmizin tarixi, mədəniyyəti və turizm imkanları təbliğ olunur, müxtəlif milli brendlər, sənətkarlıq nümunələri və eksponatlar nümayiş etdirilir.

“Land of Fire” komandasının bu turnirdə iştirakı Azərbaycanın qədim atçılıq ənənələrinin beynəlxalq səviyyədə tanıdılmasına və ölkəmizin idman imicinin elit məkanlarda təbliğinə mühüm töhfə verir.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]