İsveç səfirliyi: NATO–Azərbaycan münasibətləri möhkəm əsaslar üzərindədir

NATO–Azərbaycan münasibətləri möhkəm əsaslar üzərindədir.

Bu barədə İsveç səfirliyi NATO Baş katibinin müavini Radmila Şekerinska Azərbaycana səfəri barədə paylaşımında bildirib.

“21 – 22 yanvar 2026-cı il tarixlərində NATO Baş katibinin müavini Radmila Şekerinska Azərbaycana səfər edib. O, xarici işlər naziri Ceyhun Bayramov, Milli Məclisin sədri Sahibə Qafarova və Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov ilə görüşüb. Tərəflər Azərbaycan–NATO tərəfdaşlığının mövcud vəziyyətini nəzərdən keçirib və Ermənistan–Azərbaycan normallaşma prosesi, eləcə də NATO-nun Qara dəniz regionunda sabitliyə dəstəyi kimi bir sıra ortaq maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar”, – paylaşımda qeyd edilib.

Vurğulanıb ki, Radmila Şekerinska Azərbaycanın NATO ilə uzunmüddətli tərəfdaşlığını yüksək qiymətləndirir.

“Bu tərəfdaşlıq artıq otuz ildən çoxdur ki, siyasi dialoq və hərbi qarşılıqlı fəaliyyət, müdafiə təhsili kimi qarşılıqlı faydalı sahələrdə praktiki əməkdaşlıqla təsdiqlənir. Səfərin nəticələri barədə daha ətraflı məlumatı aşağıdakı keçiddən əldə etmək mümkündür. Səfər NATO-nun Azərbaycandakı Əlaqələndirici Səfirlikləri qismində fəaliyyət göstərən Slovakiya və İsveç səfirliklərinin dəstəyi ilə həyata keçirilib”,- səfirlik bildirib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]