“Elektron Rəqabət İnformasiya Sistemi haqqında Əsasnamə” təsdiq edilib

Prezident İlham Əliyev “Elektron Rəqabət İnformasiya Sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi və “Elektron Rəqabət İnformasiya Sisteminin yaradılması haqqında” 9 iyul 2024-cü il tarixli fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Fərmana əsasən, Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi: Sisyemin aparılması, fəaliyyətinin təşkili və inkişaf etdirilməsi üçün zəruri tədbirlər görməli, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birlikdə Sistemin “Dövlət informasiya ehtiyatlarının, sistemlərinin və elektron xidmətlərin vahid reyestri”nə və “Fərdi məlumatların informasiya ehtiyatlarının və sistemlərinin dövlət reyestri”nə daxil edilməsini və dövlət qeydiyyatının həyata keçirilməsini təmin etməlidir.

Nazirlər Kabineti isə fərmandan irəli gələn məsələləri həll etməlidir.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]