Nazir: “Azərbaycan İsrailin enerji sektoruna əhəmiyyətli investor kimi çıxış edir”

Azərbaycan İsrailin enerji təhlükəsizliyinin təmin edilməsində etibarlı enerji tərəfdaşı rolundan əlavə, İsrailin enerji sektoruna əhəmiyyətli investor kimi çıxış edir.

Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən Azərbaycan-İsrail biznes forumunda bildirib.

Onun sözlərinə görə, Azərbaycan ilə İsrail arasında əməkdaşlığın vacib sahələrindən biri enerji sektorudur: “Qeyd etmək lazımdır ki, Azərbaycan İsrailin enerji təhlükəsizliyinin təmin edilməsində etibarlı enerji tərəfdaşı rolundan əlavə, İsrailin enerji sektoruna əhəmiyyətli investor kimi çıxış edir. Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR), BP və “NewMed” ilə tərəfdaşlıqda İsrailin müstəsna iqtisadi zonasında qaz kəşfiyyatı üçün lisenziyalar alıb və kəşfiyyat mərhələsində operator kimi çıxış edir. Eyni zamanda, “Tamar” qaz yatağının 10 %-lik payının əldə edilməsi bu tərəfdaşlığın güclənməsini əks etdirir”.

Nazir vurğulayıb ki, əczaçılıq sektorunda İsrail şirkəti Azərbaycanda layihənin həyata keçirilməsini davam etdirir.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]