“O iynənin çox pis fəsadları var, mən də vurdurmuşdum”

Aparıcı Afaq Gəncəli bir neçə gün əvvəl yayılan videosundan danışıb.

O, Axşam.az-a açıqlamasında plastik əməliyyat etdirdiyini deyib. O bildirib ki, əməliyyatı bir il əvvəl edib:

“Üz əməliyyatım bir il əvvəl olub. Hər zaman əməliyyata açıq insanam. Ehtiyac görsəm gedəcəyəm. Bu gün beynimə vurdu sabah əməliyyatdayam. Düşünmədən edirəm. Mənim üçün rahatdı, heç kimdən də gizlətmirəm”. 

Afaq formada qalması haqda danışıb:

“Son iki ildir axşam saat 5-dən sonra yemək yemirəm. Bir də idman edirəm. İllər əvvəl həmin məşhur arıqlama iynəsindən mən də vurdurdum. Amma bunu insulin dirəncim üçün etdim. Yüksək idi və endokrinoloqum yazdı. O iynənin çox pis fəsadları var. Bir çoxları bilmir deyə, arıqlamaq üçün vurdurur. Onun üstünə yazılır ki, şəkər üçündür”.

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]