“WhatsApp”da sərt qaydalar olacaq

Avropa İttifaqı (Aİ) “Meta” şirkətinə məxsus “WhatsApp” tətbiqini daha sərt tələblərin tətbiq olunduğu “Çox böyük onlayn platforma” kateqoriyasına daxil edib.

Bu barədə Aİ Komissiyası rəsmi açıqlama yayıb.

Bildirilib ki, “WhatsApp” Aİ ölkələrindəki istifadəçi sayı 45 milyon həddini keçib və bu səbəbdən tətbiq Rəqəmsal Xidmətlər Aktı çərçivəsində xüsusi nəzarət altına alınıb.

Açıqlamada qeyd olunub ki, “WhatsApp” həm özəl mesajlaşma, həm də onlayn platforma funksiyalarını birləşdirən hibrid xidmətdir. İstifadəçilərə məlumat, yenilik və elanların paylaşılmasına imkan verən “WhatsApp” kanalları funksiyası onlayn platforma anlayışına daxil edildiyindən tətbiq Aİ-də fəaliyyət göstərən platformalar üçün nəzərdə tutulan ümumi öhdəliklərə tabe olacaq.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]