Azərbaycanda fövqəladə vəziyyətdə rabitə müəssisələrini birbaşa idarə edəcək qurum müəyyənləşib

Nazirlər kabineti 15 fevral 2012-ci il tarixli qərarı ilə təsdiqlənmiş “Fövqəladə vəziyyət şəraitində rabitədən istifadə üçün xüsusi Qaydalar”da dəyişiklik edib.

Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, rabitə müəssisələri və poçt rabitəsinin milli operatoru öz funksiyalarını “Fövqəladə vəziyyət şəraitində rabitədən istifadə üçün xüsusi Qaydalar”a uyğun yerinə yetirmədikdə, fövqəladə vəziyyətin tətbiq edildiyi ərazidə belə rabitə müəssisələrinin ümumistifadəli telekommunikasiya şəbəkələri və poçt rabitəsinin milli operatorunun obyektləri üzərində birbaşa idarəetmə müvəqqəti olaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnformasiya və Kommunikasiya Texnologiyaları Agentliyi vasitəsilə həyata keçirilə bilər.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]