Biləsuvarın bəzi ərazilərində işıq olmayacaq

Bu gün Biləsuvar rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Biləsuvar Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 110/35/10 kV-luq “Biləsuvar” yarımstansiyasından qidalanan 10 kV-luq 11 saylı hava xəttində təmir və xətt boyunca ağac budanması işləri həyata keçiriləcək.

Bununla əlaqədar olaraq saat 11:00-dan 13:00-dək şəhər ərazisində Mübariz İbrahimov, Nizami, Mirzə Ələkbər Sabir, Tofiq İsmayılov küçələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Təmir və ağac budanması işləri başa çatdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]