Anar Quliyev: “Şəhərsalma və memarlıq sahəsində gənclər üçün geniş imkanlar yaradılır”

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi memarlıq, şəhərsalma sahəsində gənc mütəxəssislərin fəaliyyətini dəstəkləyir, onların ölkənin inkişafında fəal iştirakını təmin etmək məqsədilə geniş imkanlar yaradır.

Bu barədə Komitənin sədri Anar Quliyevin Gənclər Günü ilə bağlı paylaşımında qeyd edilib.

Onun sözlərinə görə, ötən il Komitənin təqaüd proqramı çərçivəsində 11 tələbə təhsilini davam etdirib: “Eyni zamanda, şəhərsalma və memarlıq sahəsində bilik və bacarıqların artırılmasına yönəlmiş maarifləndirmə tədbirləri çərçivəsində 1 000-dən çox gəncin iştirakı ilə 15 seminar təşkil olunub. Biz gənc memarlar, mühəndislər və şəhərsalma mütəxəssislərinin rahat, təhlükəsiz və insanmərkəzli şəhərlərin yaradılmasında verdiyi töhfələri yüksək qiymətləndiririk.

A. Quliyev Azərbaycan gənclərini yaradıcı təşəbbüsləri və innovativ ideyaları ilə ölkənin gələcəyinin qurulmasında fəal iştiraka çağırıb.

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]