Elşad Miri: Bir sıra özəl məktəblərdə brend geyimlərin nümayişi situasiyası yaranıb

Özəl məktəblərin bir çoxunda brend geyimlərin nümayişi situasiyası yaranıb.

Bunu dinşünas Elşad Miri “Baku TV”nin “Aktual gündəm” verilişində açıq-saçıq və dini geyimlərin məktəb mühitinə təsiri mövzusundakı müzakirə zamanı deyib.

Onun sözlərinə görə, bu kimi özəl məktəblərdə keyfiyyətli təhsil ikinci plana düşür: “Aydın məsələdir ki, artıq burada şagirdlərə təhsilalan kimi yox, müştəri gözü ilə baxırlar. Şagirdlər arasında da ayrı-seçkilik yaranır, nisbətən zəif geyinən şagird yoldaşları tərəfindən lağ obyektinə çevrilir”.

Dinşünas qeyd edib ki, dövlət məktəblərində kifayət qədər yüksək səviyyəli dərs tədris olunur: “Burada isə artıq standart, vahid formaya keçid müəyyənləşdirilməli, bu kimi müzakirələrə son qoyulmalıdır. Biz gələn müzakirələrdə artıq məktəblilərin uğurları barədə danışmalıyıq”.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]