MM-in yaz sessiyasının qanunvericilik işləri planı təsdiqlənib

Milli Məclisin (MM) 2026-cı il yaz sessiyasının qanunvericilik işləri planı təsdiqlənib.

İş planının layihəsi parlamentin yaz sessiyasının bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.

Qeyd edilib ki, qanunvericilik işlər planına üç yeni qanun layihəsi daxil edilib.

Yaz sessiyası müddətində Dövlət Qulluğu Məcəlləsi, “Uşaq hüquqları haqqında” və 2025-ci ilin dövlət büdcəsinin icrası haqqında qanun layihəsinin qəbulu nəzərdə tutulub.

İş planına həmçinin Azərbaycan Prezidentinin, deputatların, Ali Məhkəmənin, seçki hüququ olan 40 min vətəndaşın, Prokurorluğun, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi qanun layihələri və qüvvədə olan müxtəlif qanunlarda dəyişikliklər edilməsi haqqında qanun layihələri daxil edilib.

Layihə müzakirələrdən sonra səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]