Nazir: Ermənistan 2026-2027-ci illərdə modul tipli AES-in tikintisi ilə bağlı qərar qəbul edəcək

Ermənistan Rusiya, ABŞ, Fransa, Çin və Cənubi Koreyadan modul tipli atom elektrik stansiyalarının (AES) modelləri ilə bağlı təkliflər alıb.

Bu barədə Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri David Xudatyan mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, model seçimi ilə bağlı yekun qərar hələ qəbul edilməyib:

“Düşünürəm ki, model seçimi məsələsi 2026 və ya 2027-ci ildə həll olunacaq. Ona görə də tələsmək lazım deyil. Model seçimindən asılı olaraq hansı ölkə ilə işləyəcəyimizə qərar veriləcək. Çünki atom elektrik stansiyalarının modul sistemləri əvvəllər geniş yayılmamışdı və əlavə tədqiqatlara ehtiyac var. Biz hazırda bununla məşğuluq”.(Report)

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]