Azərbaycanın olimpiya çempionlarının Fransadakı turnirə qatılmamalarının səbəbi bəlli olub

Azərbaycanın olimpiya çempionu olan cüdoçuları Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyevin (100 kq) Fransanın paytaxtı Parisdə keçiriləcək “Böyük Dəbilqə” turnirinə qatılmamasının səbəbi müəyyənləşib.

“Report”un əldə etdiyi məlumata görə, bu barədə millinin baş məşqçisi Riçard Trautman qərar qəbul edib.

Alman mütəxəssis sözügedən idmançıları ilin ilk “Böyük Dəbilqə” yarışı üçün heyətə daxil etməyi məqsədəuyğun saymayıb.

Azərbaycanı fevralın 7-8-də keçiriləcək turnirdə 8 cüdoçu təmsil edəcək.

Xatırladaq ki, Hidayət Heydərovla (73 kq) Zelim Kotsoyev (100 kq) Paris-2024 Yay Olimpiya Oyunlarının qalibi olublar.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]