Kiyevə PUA hücumu olub, iki nəfər yaralanıb

Kiyevə gecə hücumları nəticəsində iki nəfər xəsarət alıb.

Bu barədə Ukrayna paytaxtının meri Vitali Kliçko məlumat verib.

Onun sözlərinə görə, pilotsuz uçuş aparatlarının qalıqlarının düşməsi nəticəsində iki yaşayış binasının pəncərələri zədələnib, nəticədə iki qadın yaralanıb: onlardan biri xəstəxanaya yerləşdirilib, digərinə isə yerində yardım göstərilib.

Bundan başqa, PUA qalıqları mülki obyektlərin, o cümlədən ticarət mərkəzi, uşaq bağçası, ofis binaları və parklanma yerinin yaxınlığına düşüb.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]