Küləkli hava şəraiti ilə bağlı 4 nəfər xəsarət alıb, 1 nəfər ölüb

Küləkli hava şəraiti ilə əlaqədar Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə yıxılma səbəbilə 5 çağırış qeydə alınıb.

Bu barədə  Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən məlumat verilib.

Bildirilib ki, çağırış ünvanlarına təcili tibbi yardım briqadaları cəlb olunub.

Təcili tibbi yardım briqadası tərəfindən 47 yaşlı şəxs (qadın) Sabunçu Tibb Mərkəzinə, 73 yaşlı (qadın) Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna, 43 yaşlı (qadın) və 53 yaşlı (kişi) şəxslər isə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.

Hava şəraiti ilə əlaqədar 1 nəfərin (kişi) həkiməqədər ölüm faktı qeydə alınıb.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]