Bakı və İrəvan qarşılıqlı tədarük üçün malların siyahısını mübadilə edib

Ermənistan və Azərbaycan malların siyahısının mübadiləsini həyata keçirib, iş adamlarından cavab gözlənilir.

Bunu ölkənin iqtisadiyyat naziri Gevorq Papoyan brifinqdə bildirib.

Nazir xatırladıb ki, Azərbaycan istehsalı olan benzin və dizel yanacağı artıq Ermənistan bazarında mövcuddur, lakin Azərbaycan bazarında Ermənistan malları yoxdur.

“Tərəflər qarşılıqlı tədarük üçün mal siyahılarını mübadilə və müzakirə ediblər. Biz başa düşürük ki, bazarlar hər iki tərəf üçün açıq olmalıdır: həm onlar üçün bizim bazarımız, həm də bizim üçün onların bazarı. Fikrimcə, bunun üçün vaxt lazımdır. Bu, tədricən baş verən prosesdir”, – o bildirib.

Nazir vurğulayıb ki, qarşılıqlı tədarüklər üçün lazımi şəraitin böyük hissəsi artıq yaradılıb, lakin tam logistik əlaqələndirmənin olmaması və digər məsələlər hələ də açıq qalır.

Onun sözlərinə görə, bu istiqamətdə iş davam edir və lazım gələrsə, malların Ermənistan ərazisindən keçə bilməsi üçün artıq nəqliyyat marşrutları və əlaqə kanalları açılıb.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]