Azərbaycan MN rəhbərliyi Ər-Riyadda “World Defense Show” sərgisində iştirak edib

Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin rəhbər heyəti Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçirilən “World Defense Show 2026” beynəlxalq müdafiə sənayesi sərgisində iştirak edib.

Dünyanın tanınmış və aparıcı şirkətlərinin iştirak etdiyi sərgidə Müdafiə Sənayesi Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərsilah” Müdafiə Sənayesi Holdinqi” Qapalı Səhmdar Cəmiyyətinin stendində şirkətin və ölkəmizdən olan digər özəl şirkətlərin məhsulları təqdim olunub.

Nazirliyin rəhbər heyəti stendlərdə nümayiş olunan müasir silah, texnika, aviasiya və uçuş vasitələrinin nümunələri, eləcə də süni intellekt və kibertəhlükəsizlik sahələrində ən son yeniliklər ilə tanış olub.

Səfər zamanı müdafiə naziri general-polkovnik Zakir Həsənov Səudiyyə Ərəbistanının müdafiə naziri Xalid bin Salman və bir sıra şirkət rəhbərləri ilə görüşüb. Görüşlərdə hərbi-texniki əməkdaşlıq istiqamətində qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, müdafiə sənayesi üzrə mühüm platforma hesab olunan “World Defense Show” sərgisi dünyanın qabaqcıl şirkətlərini bir araya gətirir, innovativ texnologiyalar üzrə təqdimatlar, strateji əməkdaşlıq və işgüzar görüşlərə ev sahibliyi edir.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]