Azərbaycan XİN Kanadaya başsağlığı verib

Azərbaycan Xarici İşlər Nazirliyi Kanadaya başsağlığı verib.

Bu barədə Nazirliyin sosial media hesabında paylaşım edilib.

“Kanadanın Tambler Rigd şəhərində baş verən faciəli məktəb atışması bizi dərin kədərləndirir. Bu çətin dövrdə qurbanların ailələrinə və yaxınlarına, eləcə də Kanada hökumətinə və xalqına dərin hüznlə başsağlığı veririk. Düşüncələrimiz yaralılarladır, onların tez və tam sağalmalarını arzulayırıq”.

Qeyd edək ki, Kanadanın qərbindəki kiçik bir şəhər olan Tambler Rigdə orta məktəbdə və yaxınlıqdakı bir yaşayış yerində baş verən kütləvi atışma nəticəsində şübhəli şəxs də daxil olmaqla 10 nəfər ölüb.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]