Bakıda NATO-nun Mobil Təlim Qrupunun kursu keçirilib

Azərbaycan Respublikası Müdafiə Nazirliyi və NATO arasında 2026-cı il üçün Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramına (IPCP) əsasən, Bakıda NATO-nun Brunssumda yerləşən Müştərək Qüvvələr Komandanlığının mobil təlim qrupunun ekspertləri tərəfindən “NATO-da logistikanın planlaşdırılması” mövzusunda təlim kursu keçirilib.

Bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Kurs ərzində “Əməliyyatlar zamanı əməliyyat planlama prosesində logistikanın təşkili” ssenarisi üzrə tapşırıqların yerinə yetirilməsi ilə bağlı nəzəri və praktiki məşğələlər təşkil olunub, həmçinin hərbi qulluqçulara NATO ilə ümumi tanışlıq və logistika ilə əlaqədar müxtəlif brifinqlər təqdim edilib.
Kursun sonunda iştirakçılara sertifikatlar verilib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]