Sahibə Qafarova: ABŞ-nin Vitse-prezidentinin Azərbaycana səfəri tarixi əhəmiyyətə malikdir

ABŞ-nin Vitse-prezidenti Cey. Di. Vensin Azərbaycana səfəri tarixi əhəmiyyətə malikdir.

Bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bugünkü plenar iclasında deyib.

“Bu səfər iki ölkə arasında yeni mərhələnin açılması deməkdir. Bu səfərlər bir çox sahələr üzrə ABŞ-Azərbaycan əməkdaşlığının dərinləşməsini möhkəm təməl üzərində qurur. İki ölkə arasında imzalanmış Xartiya bir çox sahələrdə iş birliyini əks etdirir”, – o əlavə edib.

Parlament sədri əlavə edib ki, bu gün regionda baş verən dəyişikliklər şəraitində Azərbaycan tərəfdaşlıq prinsipinə əsaslanır: “Biz Ermənistanla sülh istiqamətində ABŞ Prezidenti Donald Trampın rolunu yüksək qiymətləndiririk”.

O əlavə edib ki, iki ölkənin əməkdaşlığı geniş bir bölgənin maraqlarına xidmət edir.

Qeyd edək ki, fevralın 10-da Amerika Birləşmiş Ştatlarının Vitse-prezidenti Cey. Di. Vens Azərbaycanda səfərdə olub.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]