Naxçıvan Ali Məclisi deputatlarının köməkçiləri olacaq

Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisi deputatlarının köməkçiləri olacaq.

Bununla bağlı “Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatının statusu haqqında” qanuna təklif edilən dəyişikliklər Ali Məclisin bugünkü plenar iclasında müzakirə edilib.

Qanun layihəsinə əsasən, deputatın fəaliyyətinin təmin edilməsi məqsədilə onun köməkçiləri ola bilər. Belə ki, deputatın köməkçiləri Naxçıvan MR-nin büdcəsi hesabına saxlanılacaq. Onların işə qəbulu əmək qanunvericiliyi ilə tənzimlənəcək.

Deputatın köməkçisinə aid əlavə tələblər Ali Məclis sədrinin qərarı ilə müəyyən ediləcək.

Layihə müzakirələrdən sonra birinci oxunuşda qəbul olunub.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]