Azərbaycanda mülki və inzibati işlər tam elektronlaşdırılacaq

Azərbaycanda mülki və inzibati işlər tam elektronlaşdırılacaq.

Bunu Ali Məhkəmənin Mülki Kollegiyasının sədri, Məhkəmə-Hüquq Şurasının üzvü Sənan Hacıyev Azərbaycan Hakimlərinin II Forumunda deyib.

Onun sözlərinə görə, bununla bağlı layihə hazırlanıb, hazırda müvafiq orqanlarla razılaşdırma mərhələsindədir.

S.Hacıyev həmçinin bildirib ki, rəqəmsallaşma prosesində bir çox konstitusion tələblər var:

“On ildən artıqdır elektron məhkəmə sistemində yeniliklər aparılsa da, müəyyən işlər hələ də qalır. Bu gün ən çətin mərhələ inzibati və mülki işlər üzrə tam elektronlaşdırılmaya keçidlə bağlıdır”.

Şura üzvü eyni zamanda qeyd edib ki, elektron məhkəmə sistemi çərçivəsinə kağız sisteminin də tam dayandırılması nəzərdə tutulur.

“Tam elektron keçid qarşıda perspektivlər vəd edir. Bu, ilk növbədə, məhkəmə iclaslarının onlayn formada keçirilməsinə imkan verəcək. Vətəndaşların müxtəlif bölgələrdən məhkəməyə gəlməsinin qarşısını alacaq. Bu həm də hakimlərin iş yükünün azaldılmasına xidmət edəcək. Həmçinin tam elektron bazaya keçid zamanı datanın formalaşması süni intellektin tətbiqinə də şərait yaradacaq”.

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]