Premyer Liqa: “Araz-Naxçıvan” 6 aydır qalib gələ bilməyən “Karvan-Yevlax”la səfərdə qarşılaşacaq

Misli Premyer Liqasının XXI turunda bu gün daha bir oyun keçiriləcək.

Günün yeganə matçında cari mövsümün ortabab komandalarından “Araz-Naxçıvan” Yevlax şəhər stadionunda autsayder “Karvan-Yevlax”ın qonağı olacaq.

Baş məşqçi Andrey Demçenkonun rəhbərliyi altında ötən tur ilk qalibiyyətini alan Naxçıvan kollektivi uğurlu seriyanı bu görüşdə də davam etdirmək niyyətindədir.

Aran təmsilçisi isə 6 aylıq qələbə həsrətinə son qoymağı hədəfləyir. Tərəflər arasında ilk dövrədə keçirilən görüşdə “Araz-Naxçıvan” qalib gəlib – 2:1.

Baş hakim İnqilab Məmmədovun idarəçiliyi ilə baş tutacaq matç saat 14:30-da başlayacaq.

Turnir cədvəlində “Araz-Naxçıvan” 30 xalla altıncıdır. Sonuncu olan “Karvan-Yevlax” isə 6 xalla on ikinci pillədə yer alıb.

Misli Premyer Liqası

II dövrə, XXI tur

21 fevral

14:30. “Karvan-Yevlax” – “Araz-Naxçıvan”

Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Ruslan Quliyev.

VAR: Tural Qurbanov.

AVAR: Şirmamed Mamedov.

Hakim-inspektor: Zöhrab Qədiyev.

AFFA nümayəndəsi: Nəriman Axundov.

Yevlax şəhər stadionu

Qeyd edək ki, turun əvvəlki matçlarında “Turan Tovuz” “Zirə”ni (2:0) məğlub edib. “Sumqayıt” – “Qəbələ” oyununda isə qapılara qol vurulmayıb. Bu gün keçirilməsi nəzərdə tutulan “Neftçi” – “Qarabağ” qarşılaşması daha əvvəl qeyri-müəyyən müddətə təxirə salınıb.

XXI tura fevralın 22-də yekun vurulacaq.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]