KİV: Ukrayna, ABŞ və Rusiya Zaporojye AES-in idarə olunmasını müzakirə edə bilər

Ukrayna, ABŞ və Rusiya nümayəndələrinin üçtərəfli formatda növbəti görüşündə Zaporojye Atom Elektrik Stansiyasının (AES) idarə olunması məsələsi müzakirə edilə bilər.

Bu barədə “Ukrainska pravda” diplomatik dairələrdəki mənbələrə istinadən məlumat yayıb.

“Ukrayna Prezidenti Volodimir Zelenski tərəfindən təsdiqlənmiş qrupların növbəti görüşündə danışıqlara energetika üzrə mütəxəssislər də cəlb oluna bilər”, – mənbələr qeyd edib.

İlkin məlumatlara görə, söhbət Zaporojye AES-i kimin və hansı formatda idarə etməli olduğu məsələsinə toxunacaq.

Qeyd olunub ki, əgər məsələ həqiqətən qaldırılarsa və bu barədə məqbul mexanizm tapmaq mümkün olsa, faktiki olaraq bu, danışıqlar qruplarının işinin özünü tükətməsi demək olacaq. Bu məsələlərin danışıqlarda müzakirəsindən sonra liderlər səviyyəsində görüş ehtiyacı daha kəskin hiss olunacaq.

Daha əvvəl KİV yeni danışıqlar raundunun fevralın 26-da Cenevrədə keçirilə biləcəyi barədə məlumat yayıb.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]