Suriya hökuməti və druz dəstələri arasında ilk əsir mübadiləsi həyata keçirilib

Suriya rəsmi hökuməti və Əs-Suveyda şəhərini nəzarət altında saxlayan druz silahlı birləşmələri keçən yay baş verən hərbi qarşıdurmaların ardından ilk dəfə əsir mübadiləsi prosesini reallaşdırıb.

Bu məlumatı Suriya hökumətinin Əs-Suveydadakı mətbuat xidməti açıqlayıb.

Mübadilə prosesinə əsasən, Dəməşq paytaxtın yaxınlığında yerləşən mərkəzi Adra həbsxanasında saxlanılan druz birləşmələrinin 61 üzvünü azadlığa buraxıb. Bunun müqabilində druzların Milli Qvardiya Qüvvələri Suriya hökumətinin 25 əməkdaşını sərbəst edib. Bu əməliyyat Beynəlxalq Qırmızı Xaç Komitəsinin birbaşa müşahidəsi altında icra olunub.

Xatırladaq ki, Əs-Suveyda əyalətində druz silahlı qüvvələri ilə bədəvi tayfaları arasında məzhəblərarası silahlı toqquşmalar ötən ilin iyul ayında başlamışdı. Əhalisinin böyük əksəriyyətini druzların təşkil etdiyi əyalətin paytaxtına rəsmi hökumət qüvvələrinin iğtişaşları yatırmaq məqsədilə göndərilməsinin ardından gərginlik daha da kəskinləşib. Bu münaqişə zamanı druzlara dəstək verən İsrail tərəfindən Suriya hökumət qüvvələrinə hərbi zərbələr endirilib. Həmin ayın sonlarında yüzlərlə insanın həlak olmasına gətirib çıxaran qanlı toqquşmaları dayandırmaq məqsədilə hərtərəfli atəşkəs rejimi elan edilib.

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]