Türkiyə MN: Qəzaya uğrayan F-16-nın pilotu katapult sistemini son anda işə salıb

Türkiyə Milli Müdafiə Nazirliyi fevralın 25-də qəzaya uğrayan F-16 qırıcı təyyarəsi ilə bağlı araşdırma aparıldığını açıqlayıb.

APA-nın Türkiyə bürosunun xəbərinə görə, Nazirlikdən bildirilib ki, Bolqarıstan sərhədində naməlum radar izi aşkar edildikdən sonra həyəcan siqnalı ilə iki F-16 döyüş təyyarəsi Balıkesirdəki Komandanlıqdan havaya qalxıb.

Qeyd edilib ki, döyüş təyyarələrindən biri ilə saat 00:56-dan etibarən əlaqə kəsilib.

Pilotun katapult sistemini isə son anda işə saldığı müəyyən edilib.

Qəzanın başvermə səbəbinin ətraflı araşdırmadan sonra məlum olacağı bildirilib.

Xatırladaq ki, Türkiyənin Balıkesir şəhərində Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus F-16 qırıcı təyyarəsi qəzaya uğrayıb, pilot şəhid olub.

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]