İsmayıllıda gənclər narkomaniyaya qarşı sosial videoçarx hazırlayıblar

İsmayıllı rayonunda fəaliyyət göstərən Azərbaycan Respublikası Gənclərin Anti-Narkomaniya İctimai Birliyinin (GANİB) gənc üzvləri tərəfindən narkomaniyaya qarşı mübarizə və sağlam həyat tərzinin təşviqi məqsədilə sosial videoçarx hazırlanıb.

Videoçarxda narkotik vasitələrin və psixotrop maddələrin insan sağlamlığına, ailə institutuna və bütövlükdə cəmiyyətə vurduğu zərərlər əyani şəkildə təqdim olunur. Çarx vasitəsilə gənclər zərərli vərdişlərdən uzaq durmağa, sağlam və aktiv həyat tərzinə üstünlük verməyə çağırılır.

Layihə İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecində təhsil alan təşkilatın fəal gənc üzvlərinin iştirakı ilə reallaşdırılıb. Təşəbbüs gənclərin ictimai fəallığının artırılması, onların maarifləndirici və sosial layihələrdə iştirakının təşviqi baxımından mühüm əhəmiyyət daşıyır.

Qeyd edək ki, sözügedən fəaliyyət Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən təsdiq edilmiş 2025–2030-cu illəri əhatə edən Dövlət Proqramına uyğun olaraq icra olunur və ölkədə narkomaniyaya qarşı mübarizə sahəsində həyata keçirilən tədbirlərə töhfə verir.

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]