Yaşayış yerində qeydiyyatdan çıxarılma prosesinin sadələşdirilməsi üçün yeni mexanizm hazırlana bilər

Yaşayış yerində qeydiyyatdan çıxarılma prosesinin sadələşdirilməsi üçün yeni mexanizm hazırlana bilər.

Bunu Azərbaycanın insan hüquqları üzrə müvəkkili (Ombudsman) Səbinə Əliyeva Milli Məclisin bugünkü plenar iclasında 2025-ci ildəki fəaliyyəti ilə əlaqədar məruzəsini təqdim edərkən deyib.

Onun sözlərinə görə, yaşayış yerinin yeni mülkiyyətçisi tərəfindən həmin ünvana əvvəllər qeydiyyata götürülmüş şəxslərin qeydiyyatdan çıxarılmasının məhkəmədənkənar sadələşdirilmiş mexanizminin işlənib hazırlanması, bununla əlaqədar “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” qanuna zəruri dəyişikliklərin edilməsi məhkəmələrinin iş yükünün azaldılması və mülkiyyətçinin hüquqlarının daha səmərəli təmin edilməsi baxımından olduqca vacibdir.

Ombudsman əlavə edib ki, borclu dövlət orqanlarına münasibətdə məhkəmə qərarlarının icrası mexanizmlərinə yenidən baxılması və bununla bağlı qanunvericiliyə müvafiq dəyişikliklərin edilməsi aktual məsələlərdən biri olaraq qalır.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]