NATO İranın Türkiyəni hədəf almasını qınayıb

NATO İranın Türkiyəni hədəf almasını qınayıb.

Bu barədə “Haber Global” məlumat yayıb.

Hadisəni şərh edən NATO sözcüsü bildirib ki, müdafiə mövqeləri hava və raketdən müdafiə də daxil olmaqla bütün sahələrdə güclü olaraq qalır.

“İranın bölgə üzrə ayrı-seçkilik etmədən davam etdirdiyi hücumlar qarşısında NATO Türkiyə də daxil olmaqla bütün müttəfiqlərinin yanında qətiyyətlə dayanır”.

Qeyd edək ki, İrandan atılaraq İraq və Suriya hava məkanını keçdikdən sonra Türkiyə hava məkanına yönəldiyi müəyyən edilən bir ballistik raket Şərqi Aralıq dənizindəki NATO hava və raketdən müdafiə vasitələri tərəfindən zərərsizləşdirilib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]