Bəhreyndə SEPAH ilə əməkdaşlıq edən casus şəbəkəsi ifşa olunub

Bəhreyndə İran xeyrinə casusluqda şübhəli bilinən dörd nəfər həbs olunub.

Bu barədə ölkənin daxili işlər nazirliyindən bildiriblər.

Məlumata əsasən, Cinayət Təhqiqatı və Kriminalistika Baş İdarəsi dörd Bəhreyn vətəndaşını saxlayıb və hazırda xaricdə gizlənən beşinci şübhəlinin şəxsiyyətini müəyyən edib. Onların hamısı İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə əməkdaşlıqda şübhəli bilinir.

Qurumda qeyd ediblər ki, istintaq zamanı müəyyən edilib: saxlanılanlardan biri təşkilatın göstərişi ilə və digər şəxslərin köməyi ilə Bəhreyn ərazisindəki strateji əhəmiyyətli obyektlərin çəkilişi və koordinatlarının qeydə alınması üçün yüksək keyfiyyətli foto avadanlıqdan istifadə edib. Əldə olunan məlumatlar şifrələnmiş proqram təminatı vasitəsilə SEPAH-a ötürülüb. Bu faktla bağlı cinayət işi başlanılıb.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın ali rəhbəri ayətullah Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]