Dövlət Agentliyi sosial şəbəkələrdə alış-verişlə bağlı xəbərdarlıq edib

Sosial şəbəkələr üzərindən həyata keçirilən alış-verişlər istehlakçı hüquqlarının pozulması riskini artırır.

Bunu Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin İstehlak bazarına nəzarət şöbəsinin müdiri Yusif Tapdıqlı Bakıda keçirilən “Müasir rəqəmsal dünyada istehlakçılar: elektron ticarət, rəqəmsal xidmətlər və təhlükəsizlik məsələləri” mövzusunda forumda bildirib.

Onun sözlərinə görə, bəzi istehlakçılar sosial şəbəkələrdə hüquqi statusu və əlaqə məlumatları olmayan hesablar vasitəsilə kartdan-karta köçürmə yolu ilə alış-veriş həyata keçirirlər: “Belə hallarda qarşı tərəf sahibkar kimi tanınmadığı üçün istehlakçı hüquqlarının qorunması çətinləşir və hüquqları pozulan şəxslərin müraciətlərinə baxılması zamanı müəyyən çətinliklər yaranır. İstehlakçılara alış-veriş zamanı satıcının hüquqi statusunu və əlaqə məlumatlarını yoxlamağı, rəsmi satış kanallarına üstünlük verməyi tövsiyə olunur”.

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]