İrandan Türkiyəyə atılan 3-cü ballistik raketin NATO HHM tərəfindən məhv edildiyi bildirilir

Bu gecə saat 03:30-dan etibarən sosial mediada əks olunan görüntülərdə Adana hava məkanı üzərində yanaraq düşən bəzi cisimlər görünüb.

Bu barədə Türkiyənin müdafiə sənayesinə dair ciddi paylaşımları ilə tanınan “savunmasanayiST.com” səhifəsi məlumat yayıb.

“Bu cisimlərin İrandan Türkiyəyə atılan 3-cü bir ballistik raketin NATO-ya aid hava hücumundan müdafiə sistemləri (HHM) tərəfindən məhv edilməsi nəticəsində atmosferə daxil olaraq yanan və düşən hissələrə aid olduğu qiymətləndirilir”, – məlumatda qeyd olunub.

Hadisə zamanı hər hansı partlayışın baş vermədiyi bildirilib.

Bundan öncə də İrandan atılan iki ballistik raket Türkiyə hava məkanını pozduğu üçün NATO-ya məxsus HHM sistemi vasitəsilə zərərsizləşdirilib.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın ali rəhbəri ayətullah Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]