Pezeşkian: İran rəsmiləri Ali Rəhbərin təlimatlarına əməl edəcək


Ali Rəhbər Müctəba Xameneinin dünənki çıxışı İranın bu vacib mərhələdə gələcək yolunu aydınlaşdırıb və müəyyən edib.

Bu barədə İran Prezidenti Məsud Pezeşkian Qüds günü ilə bağlı yürüşdə bildirib.

O deyib ki, ölkə rəsmiləri Ali Rəhbərin mesajına və təlimatlarına əməl edəcəklər.

Pezeşkianın sözlərinə görə, “Ali Rəhbərin uzaqgörənliyi və tarix yaradan İran xalqının dəstəyi ilə bu böhrandan çıxmaq mümkün və hətta asan olacaq”.

“İran xalqının seçilmiş nümayəndəsi və prezident olaraq mən dini, hüquqi və milli meyarlara əsaslanaraq, rəhbərliyin göstərişlərinə tam şəkildə tabe olmağı öz vəzifəm hesab edirəm. Ölkənin idarə olunması və beynəlxalq əlaqələr sahəsində heç bir siyasət rəhbərliklə koordinasiya olmadan hökumət tərəfindən irəli sürülməyəcək və həyata keçirilməyəcək. Bu itaət və ardıcıllıq milli birliyin əsas prinsiplərindən biri və hökumətin fəaliyyətinin təməlidir”.

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]