“Sabah” və “Qarabağ” Premyer Liqada növbəti oyunlarına çıxacaq

“Sabah” və “Qarabağ” komandaları Misli Premyer Liqasındakı növbəti oyunlarını bu gün keçirəcəklər.

Günün ilk matçında Bakı təmsilçisi “İmişli”nin qonağı olacaq.

Quba Olimpiya İdman Kompleksinin stadionundakı qarşılaşma saat 15:00-da start götürəcək. “Sabah” 56 xalla vahid liderdir. Meydan sahibləri 22 xalla 9-cu pillədə qərarlaşıb.

Günün ikinci matçında “Zirə” “Qarabağ”ı qəbul edəcək. Bu görüş saat 19:15-də başlayacaq. “Qartallar” 39 xalla 4-cü, rəqiblərindən bir oyun az keçirən Ağdam təmsilçisi 49 xalla 2-ci sıradadır.

Misli Premyer Liqası

III dövrə, XXIV tur

14 mart

15:00. “İmişli” – “Sabah”

Hakimlər: Rauf Cabarov, Akif Əmirəli, Şirmamed Mamedov, Alik Yunusov.

VAR: Əliyar Ağayev.

AVAR: Zöhrab Abbasov.

Hakim-inspektor: Ramil Diniyev.

AFFA nümayəndəsi: Kifayət Mutafayeva.

Quba Olimpiya İdman Kompleksinin stadionu

19:15. “Zirə” – “Qarabağ”

Hakimlər: Fərid Hacıyev, Namik Hüseynov, Rəhman İmami, Vüqar Həsənli.

VAR: Nicat İsmayıllı.

AVAR: Emin Əliyev.

Hakim-inspektor: Rəhim Həsənov.

AFFA nümayəndəsi: Elgiz Abbasov.

Zirə İdman Kompleksinin stadionu

Qeyd edək ki, tura martın 15-də yekun vurulacaq. Ötən gün “Araz-Naxçıvan” “Karvan-Yevlax”ı (2:1), “Şamaxı” “Sumqayıt”ı (1:0) məğlub edib.

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]