DİN və FHN Novruz bayramı ilə əlaqədar yanğın təhlükəsizliyinə dair əhaliyə müraciət edib

Daxili İşlər Nazirliyi (DİN) və Fövqəladə Hallar Nazirliyi (FHN) Novruz bayramı ilə əlaqədar yanğın təhlükəsizliyinə dair əhaliyə müraciət edib.

Bu barədə DİN və FHN birgə məlumat yayıb.

Bildirilib ki, binaların həyətlərində, avtomobillərin yaxınlığında, eləcə də meşə və yaşıllıq ərazilərdə bayram tonqallarının qalanması ciddi təhlükə yarada bilər:

“Tonqal qalanması zamanı yanğın təhlükəsizliyi qaydalarına əməl olunmaması arzuolunmaz və acı nəticələrə yol aça bilər. Vətəndaşların diqqətinə çatdırırıq ki, bayram tonqalı tikili, avtomobil, elektrik naqili, ağac və digər yanar əşyalardan ən azı 50 metr kənarda yandırılmalı, tonqalın ətrafına yığışan azyaşlılar mütləq böyüklərin nəzarətində olmalı, tonqal üzərindən atılarkən ehtiyatlı olmalı, tonqal tam sönənədək nəzarətdə saxlanılmalı, süfrələrdə yandırılan şamlar nəzarətsiz qalmamalıdır”.

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]