İsmayıllı və Qəbələdə Novruz bayramı münasibətilə sosial video çarx hazırlanıb

Azərbaycan Respublikası Gənclərin Anti-Narkomaniya İctimai Birliyinin üzvləri tərəfindən İsmayıllı rayonu və Qəbələ rayonu ərazilərində Novruz bayramı münasibətilə sosial video çarx layihəsi həyata keçirilib. Layihə uğurla tamamlanaraq ictimaiyyətə təqdim olunub.
Layihə çərçivəsində İsmayıllı Dövlət Humanitar və Texnologiya Kolleci və Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi tələbələri tərəfindən Novruz adət-ənənələrini əks etdirən təbrik videoları hazırlanıb və paylaşılıb.
Layihəyə başlamazdan əvvəl təşkilatın fəal üzvləri hər iki rayonda Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək milli-mənəvi dəyərlərə olan hörmətlərini ifadə ediblər.
Qeyd edək ki, təşəbbüsün əsas məqsədi gənclərin milli irsə bağlılığını artırmaq, onların sosial fəallığını təşviq etmək və Novruz bayramının tarixi və mənəvi əhəmiyyətini geniş ictimaiyyətə çatdırmaqdır. Layihə gənclərin kreativliyi və birliyini nümayiş etdirən uğurlu nümunə kimi qiymətləndirilir.

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]