Əraqçi İranın nüvə doktrinasının dəyişməyəcəyi fikrindədir

İranın nüvə doktrinası həmişə sülh xarakterli olub.

Bunu İranın xarici işlər naziri Abbas Əraqçi “Al Jazeera“ telekanalına müsahibəsində deyib.

“Həmişə çalışmışıq və elə indi də çalışırıq ki, dinc nüvə enerjisindən istifadə edək”, – nazir bildirib.

Əraqçi yeni Ali Rəhbərin hələlik məsələ ilə bağlı öz fikrini açıq şəkildə bildirmədiyini vurğulayıb.

O qeyd edib ki, Müctəba Xameneinin nüvə doktrinası ilə bağlı siyasi və fiqhi yanaşması barədə fikir bildirmək mövqeyində deyil.

“Nüvə haqqında fətva onu verənin qərarından asılıdır. Amma şəxsi düşüncəm budur ki, yeni Ali Rəhbərin nüvə ilə bağlı mövqeyi həmişəki siyasətimizdən çox da fərqli olmayacaq. Gözləməli və görməliyik ki, onun bu barədə fikri nədir”, – Əraqçi əlavə edib.

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]