Masazırdakı çökən yolla bağlı – Rəsmi açıqlama

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Masazırda çökən yolla bağlı açıqlama yayıb.

Açıqlamada bildirilib ki, çökmə hadisəsi Xırdalan–Masazır–Novxanı avtomobil yolundan ayrılaraq Zəngilan rayonundan olan qaçqın və məcburi köçkünlərin məskunlaşdığı şəhərciyə gedən yolda qeydə alınıb.

“Hadisə qeydə alınan kimi dərhal əraziyə Agentliyin əməkdaşları cəlb olunub, əlavə təhlükəsizlik tədbirləri görülüb və hərəkətin təhlükəsiz təşkili təmin edilib.

Aparılmış ilkin araşdırmalara əsasən, çökməyə səbəb kanalizasiya kollektorunda baş vermiş qəza nəticəsində suyun yol yatağını yuması olub.

Baş vermiş hadisə ilə bağlı operativ tədbirlərin görülməsi və problemin aradan qaldırılması məqsədilə aidiyyəti quruma dərhal məlumat verilib.

Hazırda ərazidə vəziyyətin tam stabilləşdirilməsi və qəzanın aradan qaldırlması üçün aidiyyəti qurum tərəfindən müvafiq addımlar atılır”,-məlumatda qeyd olunub.

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]