Xarici qərarların tanınmasında Ali Məhkəmə tərəfindən şəffaflıq və tam neytrallıq təmin olunur

Ali Məhkəmə xarici məhkəmə qərarlarının tanınması ilə bağlı müsbət irəliləyişlər müşahidə olunur.

Bunu vəkil Fərid Nəbili bildirib.

Vəkil deyib ki, ​Ali Məhkəmədə daha şəffaf və təkmilləşdirilmiş hüquqi prosedurlar və iclaslar keçiilir: “Hətta dövlət müəssisələrinin iştirak etdiyi işlərdə belə neytrallığın və ədalətliliyin artması çox vacib bir irəliləyişdir. Məsələn, tanınma işlərimizdən birində, dövlət şirkətinə qarşı 20 milyon AZN məbləğində olan qərar Ali Məhkəmə tərəfindən tanınıb”.

F.Nəbili məsələ ilə bağlı öz təklif və tövsiyələrin də bölüşüb:

“Məhkəmə iclaslarının rəsmi dayandırılması anlayışı tətbiq edilmir ki, bu da rəsmi dayandırma qərarı olmadan iclasların təkrarən və uzun müddətə təxirə salınmasına səbəb ola bilər. ​Tanınmadan sonrakı icra prosesi zamanı müəyyən faktların dəyişməsi ehtimalına qarşı ləğvetmə sərəncamı imkanı potensial qoruyucu vasitə kimi nəzərə alınmalıdır. Buna görə də gələcəkdə baş verə biləcək dəyişikliklərlə bağlı həddindən artıq məhkəmə ehtiyatlılığı “tanınma” konsepsiyasına xələl gətirə bilər. ​İşin mahiyyəti və xaricdə baş verən əlaqəli hadisələr geniş şəkildə yenidən araşdırılmamalıdır”.

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]